Penitensiar Xidmətə yeni RƏİS müavini təyin olundu
Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə (PX) yeni təyinat olub. Ədliyyə polkovniki Məhərrəm Qafarov Xidmətin rəis müavini təyin edilib. Qeyd edək ki, Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Ceyhun Həsənovdur. C.Həsənov PX rəisi vəzifəsinə bu ilin iyun ayında təyin olunub. Həmin vaxta qədər isə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb. /”Report”