02.06.2014.- Bakıda 40 min piyada cərimələnib

02.06.2014.- Bakıda 40 min piyada cərimələnibPaytaxtda yolun təyin olunmayan hissəsindən keçən piyadaların avtomobillərlə vurulmasının qarşısının alınması istiqamətində ilin əvvəlindən indiyədək 40 minə yaxın piyada saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib.

"AzerTaym.az" xəbər verir ki, bunu SalamNews-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) şöbə rəisi Vaqif Əsədov deyib.
O bildirib ki, əgər ötən il Bakı şəhərində baş verən yol nəqliyyat hadisələrində piyadaların vurulması ümumi hadisələrin 53 faizini təşkil edirdisə, hazırda bu rəqəm 45 faizə enib. Səbəb odur ki, gündəlik piyadaların məsuliyyətə cəlb edilməsi küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanmasına təsir göstərir. Bundan sonra da analoji tədbirlər davam etdiriləcək. Hədəf qəzaların sayını minumuma endirmək və insan itkisinin qarşısını almaqdı






Fikirlər