Azərbaycandan gedən “nurçular”ın müəmmalı Kiyev toplantısı VİDEO

Azərbaycandan gedən “nurçular”ın müəmmalı Kiyev toplantısı – ŞOK GƏLİŞMƏ

Azərbaycanda son günlər səs-küylü büdcə müzakirələri, manatın devalvasiyası ilə bağlı xəbərlər gündəmi zəbt edərək bir vaxtlar aktual olan “nurçular”ı - FETÖ (Fətullah Gülən) tərəfdarlarını kölgədə qoysa da, bu mövzuda gəlişmələr var.

Belə ki, Ukraynadakı mənbənin verdiyi məlumata görə, bir müddət əvvəl Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki vəzifəsindən azad edilən, Prezident Administrasiyasının eks-şöbə müdiri, “nurçular”ın Bakıdakı fəal tərəfdarı kimi tanınan Elnur Aslanov və adı hələ ki, gizlin saxlanılan Avropada yaşamış türkiyəli dostu bu ölkədə nəzərəçarpacaq yatırımlar etməyə başlayıblar.

Mənbə yazır: “Son günlər ard-arda burada sirli toplantılar keçirirlər. Onların üzdə görünən əsas yatırımı yol tikintisi ilə bağlıdır. Dnepropetrovskidə bir tikinti şirkəti ilə artıq müqavilələr də imzalayıblar. Elnur Aslanova bu biznesdə keçmiş silahdaşı, Milli Məclisin eks-deputatı, artıq bir neçə ildir Ukraynada biznesini genişləndirən Ceyhun Osmanlı da dəstək verir. Artıq bu ayın əvvəli onların Kiyevdə birgə toplantısı da baş tutub. Olduqca məxfi keçirilən toplantı Kiyevə yaxın restoranların birində baş tutub və dəqiq kimlərin iştirak etdiyi hələ ki, məlum deyil.

Amma məlum olan odur ki, onların birgə məsləhətləşmələrinə vaxtı ilə birgə komanda olaraq çalışdıqları keçmiş silahdaşları – azərbaycanlı “nurçular”ın Ukraynadakı üzvlərinin bir qismi qatılıb. Həm də burada olduqca maraqlı qərarlar verilib: “nurçuların” təqib olunduğu ölkələrdəki dostlarının Ukraynaya çıxarılmasına şərait yaratmaq, burada birgə layihələr və sair. Xatırladaq ki, Elnur Aslanov və Ceyhun Osmanlı ilə yaxın dostluğu ilə seçilən, AzTV-nin Ukrayna müxbirinin keçmiş operatoru, “Ukrayna Azərbaycanlıları Gənclər Birliyi”nin keçmiş rəhbəri Anar Tahirovun müəyyən fasilədən sonra Ukraynaya qaytarılaraq Azərbaycanın bu ölkədəki səfirliyində təyinat alması xəbəri də bu ərəfəyə təsadüf etdi. A. Tahirovun bu təyinatında Elnur Aslanovun və Ceyhun Osmanlı ilə dostluğu ilə seçilən, digər adı “nurçuluq”da hallanan AzTV-nin Ukrayna üzrə müxbiri Mövsüm Aslanovun xüsusi rolu olması gələn məlumatlar sırasındadır. Daha dəqiq desək hazırkı səfir Azər Xudiyev ilə onların keçmiş dostluq əlaqələri, A. Xudiyevin olduqca saf və səmimi olmasından məharətlə istifadə edilməsi buna zəmin yaradıb. Ümumiyyətlə A. Tahirovun bu işlərə cəlb edilməsi, xüsusilə E. Aslanov və C. Osmanlı ilə dostluq münasibətlərinin yaradılması, operatorluqdan təşkilat rəhbərliyinə gətirilməsi və sair Mövsüm Aslanovun xidmətləri olduğu iddiaları var.

 Əslində A. Tahirov xaraktercə iddiasız, loru dildə desək “tikansız” adamdır. O məhz Mövsüm Aslanovun “zibilinə düşüb”. Mövsüm Aslanovun iddiası və niyyəti barədə isə artıq hər kəs məlumatlıdır. Gizlin deyil ki, o, vaxtı ilə burada səfir olan, hazırda Diaspor Komitəsinə rəhbərlik edən Nazim İbrahimova, o cümlədən dostu Elnur Aslanova qarşı olan şəxslərə qarşı barışmaz mövqedədir və əlinə keçən hər fürsətdən, hər adamdan buna qarşı istifadə edir. 2014-cü ildə A. Tahirov məhz “nurçu” fəaliyyətinə, xüsusilə Elnur Aslanovun komandası ilə Azərbaycan dövlətçiliyinə zidd fəaliyyətinə görə təşkilatdan uzaqlaşdırılmışdı, Bakıya qayıtmışdı. Amma onun dostları (“nurçular”) onu Bakıda tək qoymayaraq “Azərsu” ASC-də işə düzəltdilər və görünən odur ki, Elnur Aslanov və Ceyhun Osmanlının Azərbaycandan birdəfəlik çıxıb gedərək Qırğızıstanda, əsasən də Ukraynada mərkəzləşmələri onların komandasının digər üzvlərinin də Bakıdan çıxarılması zərurətini yaradıb. Azərbaycanda “nurçular”ın son günlər qızğın təqibi isə yəqin ki, bunu daha da sürətləndirib-deyə, mənbə yazır...

moderator.az






Fikirlər