11.06.2014- Leysan Gəncəni bu günə qoydu - (Fotolar)

11.06.2014- Leysan Gəncəni bu günə qoydu - (Fotolar)Dünən hava şəraitinin kəskin dəyişməsi ciddi fəsadlara səbəb olub.
Axşam saatlarından başlayaraq respublikanın şimal və qərb rayonlarında hava şəraitinin kəskin dəyişməsi ciddi fəsadlara səbəb olub.

"AzerTaym.az"-ın ans-ə istinadən məlumatına görə, Gəncə,Tərtər, Bərdə, Yevlax, Oğuz, Ağdaş, Goranboy və Şəmkir rayonlarında intensiv olaraq leysan yağıb, şimşək çaxıb, güclü külək müşahidə olunub. Daşkəsən, Gədəbəy və Tovuz rayonlarında katastrofik dolu düşüb, burulğanlı hava və güclü külək olub, intensiv şimşək çaxıb. Hava şəraitinin kəskin dəyişməsi nəticəsində göstərilən rayonların bir çoxunda yaşayış binaları, inzibati binalar, fərdi yaşayış evlərinə, rabitə və elektrik xətlərinə, minik avtomobillərinə, kənd təsərüfatına ciddi ziyan dəyib. Gəncə və Daşkəsən rayonlarında evləri, həyətyanı sahələri su basıb.
Hazırda qeyd olunan problemlərin həlli istiqamətində Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən tədbirlər görülür.

Gəncədə isə baş vermiş təbii fəlakət səbəbindən qaz və elektrik enerjisinin verilməsi dayandırılıb və şəhərin 80 faizində elektrik yoxdur.

Bu barədə məlumatı jurnalistlərə Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev verib.

Elmar Vəliyev təbii fəlakət səbəbindən 27 əsas qaz kəmərində qəza baş verdiyini, bu səbəbdən şəhərdə təbii qazın verilməsində məhdudiyyətlər olduğunu bildirib. İcra başçısı həmçinin hadisə yerinə rayon Fövqəladə Hallar Komissiyasının cəlb olunduğunu, dəyən ziyanın hesablanması istiqamətindəı iş aparıldığını deyib.
Güclü küləyin Gəncədə bir çox evin dam örtüyünü də uçurduğu bildirilir. Bundan başqa daha çox maddi ziyana məruz qalmış evlərə də yardım göstərilə biləcəyi qeyd edilib.


11.06.2014- Leysan Gəncəni bu günə qoydu - (Fotolar)
11.06.2014- Leysan Gəncəni bu günə qoydu - (Fotolar)






Fikirlər