EVLƏRİ YANAN 10 məcburi köçkün ailəsi küçələrdə qalıb: “Ocaq qalayıb, çöldə yatırıq” VİDEOREPORTAJ, FOTOLAR

Evləri yanan 10 məcburi köçkün ailəsi küçələrdə qalıb: “Ocaq qalayıb, çöldə yatırıq” VİDEOREPORTAJ, FOTOLAR

Dekabrın 18-də, axşam saatlarında Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində məcburi köçkün ailələrinin yaşadıqları "Çiçək-Pioner" düşərgəsinin yaşayış binasında elektrik naqillərinin qısaqapanmasından yanğın hadisəsi baş verib.
Yanğın yuxarı mərtəbələrdən başlayıb və alov qısa zamanda sürətlə düşərgənin aşağı mərtəbələrinə yayılıb. Sakinlər yanğını söndürməyə cəhd etsələr də mümkün olmayıb. 10 ailənin evi, əşyaları ilə birgə tamamilə yanaraq kül olub.
 
"AzerTaym" bildirir ki,Musavat.com-un müxbiri yanğın baş verən ünvana gedib və məcburi köçkünlərin vəziyyəti ilə maraqlanıb.
Hadisədən iki gün keçsə də, düşərgədə məskunlaşan Xocalı, Ağdam, Laçın  rayonlarından olan məcburi köçkün ailələrinə yardım edilməyib. Onlar düşərgənin həyətində ocaq qalayıb, gecəni çöldə keçirirlər. Yanğın günü yalnız çoxuşaqlı bir ailəni xəstəxanaya yerləşdirsələr də, artıq həkimlər onlara “çıxın” deyirlər. Məcburi köçkün ailələri deyir ki, yanğın hadisəsi barədə Xəzər Rayon İcra Hakimiyyəti və Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin xəbəri olsa da, 10 ailə müvvəqqəti də olsa, bir yerə köçürülməyiblər. Azyaşlı uşaqları olan ailələr üçüncü gecədir ki, məcbur qalıb, küçədə ocaq qalayıb, gecələməli olurlar.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.
(musavat.com)
 














Fikirlər