16.07.2014- Bərdədəki məcburi köçkünlər 2-dəfə köçkün düşmək istəmirlər
Bərdədə məskunlaşan Ağdam və Kəlbəcərdən olan məcburi köçkün ailələri ikinci dəfə köçkün düşmək istəmirlər.
Onlar 21 il yaşayıb, öyrəşdikləri yerdən yeni salınan qəsəbələrə köçürülməkdən qorxurlar
.
Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin rəsmisi isə deyir ki, əgər proqramda onların köçürülməsi nəzərdə tutulubsa, köçürüləcəklər. Sakinlərdən Həsən Əliyev isə təklif edir ki, dövlət onlara illərdir yaşayıb öyrəşdikləri yerdə şərait yaratsın.