Belçika parlamenti iş zamanı deputatları pulsuz pivə və şərabdan məhrum etməkdən imtina edib. Bu haqda Belçukanın “EUobserver” elektron portalı bildirib.
Nəşrin məlumatına görə, 1990-cı ildən Belçika deputatları krallığın parlament binasında pivə və şərabdan pulsuz istifadə edə bilərlər. Bu qayda parlament üzvlərinin iş zamanı barlara getməməsi üçün qəbul edilib. Ancaq deputatların iclaslarda sərxoş halda iştirak etməsindən sonra parlament sədri ekspert qrupuna bu məsələyə baxmağı tapşırıb. Nəticədə komissiya üzvləri deputatların pulsuz pivən və şərabdan məhrum etməyi məsləhət görüblər.
Bununla belə, “EUobserver”in məlumatına görə, parlament xüsusi komissiyanın tövsiyəsinə qulaq asmayıb. “Partiyaların liderləri pulsuz spirtli içkilərdən imtina haqqında təklifi rədd etdi”, - deyə portal yazıb.
Statistikaya görə, Belçikanın hər on sakinindən biri alkoqoldan asılılıqla mübarizə aparır. (Publika.az)