Nazirdən ƏMR: Polis işçiləri ARIQLASINLAR!
Tacikistanın daxili işlər naziri Ramazon Rəhimzoda nazirlik əməkdaşlarına artıq çəkidən azad olmağı tapşırıb.
Bununla bağlı olaraq Daxili İşlər Nazirliyinin bütün qurumlarına xüsusi tapşırıq göndərilib.
Jurnalistlərə danışan tacikistanlı nazir milis işçilərinin kökəlməyə başlayanda fəaliyyət qabiliyyətinin azaldığını deyib.
Rəhimzoda hüquq-mühafizə orqanlarının əməkdaşlarının çəkilərinin beynəlxalq boy və çəki nisbəti cədvəlinə uyğun olmalı olduğunu vurğulayıb. (trend)
AzerTaym.az