Nazir Şəkidə vətəndaşları QƏBUL edəcək
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov avqustun 27-də saat 10:00-da Şəki Şəhər Polis Şöbəsində Şəki, Balakən, Qax, Oğuz, Zaqatala, Qəbələ şəhər və rayonlarının sakinlərini qəbul edəcək. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.