Azərbaycanda vulkan püskürdü - VİDEO (YENİLƏNDİ)
AMEA-nın Geologiya və Geodeziya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdir Adil Əliyev AzerTaym.az-a bildirib ki, artıq vulkan püskürməsi dayanıb, sadəcə alov müşahidə edilir: “Vulkan yaşayış məntəqələrindən kənarda, Qobustanda baş verib. Vulkanın tədqiq edilməsi üçün sabah əməkdaşlarımız əraziyə gedəcək. Orada baxış keçirəndən sonra hadisənin səbəbləri barədə daha ətraflı məlumat verə bilərik”. *** Səngəçalda palçıq vulkanı püskürməsi hadisəsi baş verib. Vulkan püskürməsi yarım saat öncə qeydə alınıb. Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verən palçıq vulkanının yaxınlığında yaşayan insanlar palçıq vulkanının baş verməsini anbaan izləyiblər. Vulkan püskürməsindən sonra səmada qalın tüstü qatı əmələ gəlib. Səngəçal qəsəbəsinin sakinlərinin Avropa.info-ya göndərdikləri həmin görüntüləri təqdim edirik: