Yer kürəsini qlobal fəlakət gözləyir — 5 İL SONRA
Oksford Universitetinin mütəxəssisləri əmindirlər ki, beş ildən sonra insanlar qlobal fəlakətlə üzləşəcəklər. Alimlər, həmçinin bildiriblər ki, qlobal fəlakət nəticəsində Yer kürəsinin azı 750 milyon sakininə zərər dəyəcək. AzerTaym.az Azərtac-a istinadla xəbər verir ki, son vaxtlar daha çox müşahidə olunan təbii kataklizmlər bəşəriyyət üçün ilk növbədə təhlükəlidir. Təhlükənin vulkan püskürməsi, yaxud asteroidin planetimizə düşməsi səbəbindən yaranması da istisna deyil. Alimlər innovasiya texnologiyalarının köməyi ilə müəyyən ediblər ki, ölçüsü bir kilometrdən çox olmayan səma cismi orta statistik Avropa ölkəsini yer üzündən silə bilər. Bundan əlavə, sintetik təsir prosesində əmələ gələn viruslu xəstəliklər də insanların kütləvi surətdə qırılmasına gətirib çıxara bilər.