“2016-cı İL meteomüşahidələr tarixində ƏN İSTİ İL OLACAQ” – Britaniyalı alimlər

 

ab9276b1-c5a4-40f0-93c3-b73b1cf661c5_292Yaxın 5 ildə Yerdə havanın temperaturu artmaqda davam edəcək.

“Report” xəbər verir ki, bu barədə britaniyalı alimlərin apardıqları araşdırmalara istinadən “The Guardian” nəşri yazıb.
Alimlərin fikrincə, bu cari hallar ilk növbədə havaya buraxılan istixana qazlarının həcminin çoxalması, eləcə də El Ninyo – cənub tərəddüdü (bu, qlobal okean atmosfer hadisəsi olub, Sakit okeanın ekvatorial hissəsində səth sularının tempratur qərarsızlığıdır – red.) nəticəsində qızmış su kütləsinin şərqə doğru hərəkəti ilə bağlı olacaq.
Alimlər qeyd edir ki, 2016-cı il meteomüşahidələr tarixində ən isti il olacaq, 2017-ci ildə isə rekordlar olmaya bilər. Buna səbəb El Ninyoya tam əks olan La Ninya prosesinin gedəcəyidir. Yalnız bu hal baş verdikdən sonra Yerdə temperatur yenidən yüksələ bilər.

 






Fikirlər