FHN statistikanı açıqladı: 134 ölü, 473 YARALI

FHN statistikanı açıqladı: 134 ölü, 473 yaralı

Azərbaycanda baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, ötən il ərzində respublika ərazisində 12110 təbii və texnogen mənşəli hadisə baş verib. Bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1568 hadisə və ya 11% azdır.

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 68 nəfər həlak olub. 239 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 71 nəfər xilas edilib, 1992 nəfər təxliyə olunub.

2016-cı il ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 11853 çıxış edilib. Onlardan 2227-si çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində yanğınlar, 7077 açıq sahələrdə yanğınlar, 378-i nəqliyyat vasitələrində yanğınlar, 5-i meşə və meşə talalarında yanğınlar, 2166-sı digər yanğınlar üzrə olub. Yanğın hadisələri zamanı 54 nəfər həlak olub, 146 nəfər xəsarət alıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 10 nəfər və ya 16%, xəsarət alanlar üzrə 24 nəfər və ya 14% azdır.

2016-cı il ərzində respublika ərazisində 68 partlayış hadisəsi baş verib. Bu da 2015-ci il ilə müqayisədə 6 hadisə və ya 10% çoxdur. Partlayışlar zamanı 12 nəfər həlak olub, 88 nəfər xəsarət alıb.






Fikirlər