“PAŞA Həyat”ın sədri DƏYİŞDİ

“PAŞA Həyat”ın sədri dəyişdi

Paşa Həyat” sığorta şirkətinin İdarə Heyəti sədri dəyişib. 

AzerTaym.az xəbər verir ki, fins.az-ın əldə etdiyi məlumata görə, sığorta şirkətinin sədri Mürsəl Rüstəmov şirkətdən ayrılıb. “Paşa Həyat”ın İdarə Heyəti sədrinin birinci müavini Niyaz İsmayılov  şirkətə yeni sədr təyin edilib.
Sığorta şirkətindən isə fins.az-a bildirilib ki, hələlik bu barədə rəsmi məlumat yoxdur.  
Xatırladaq ki, "PAŞA Həyat " sığorta şirkəti 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 mln. manatdır. Səhmlər 100% "PAŞA Holdinq" MMC-yə məxsusdur. 






Fikirlər