Müşfiqin abidəsi bir aydan sonra BƏRPA EDİLƏCƏK

Şair Mikayıl Muşfiqin abidəsi bir ay ərzində öz əvvəlki yerində bərpa ediləcək. Bununla bağlı Bakının Yasamal Rayon İcra Hakimiyyəti başçısının, Memarlar İttifaqının və Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən müşavirə zamanı razılıq əldə olunub.

Bu barədə virtualaz.org-a Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov bildirib.

Onun sözlərinə görə, hazırda abidənin üzərində bərpa işləri aparılır. "Bir ay ərzində abidə öz əvvəlki yerindən beş metr aralıda bərpa ediləcək", - deyə Z. Sultanov bildirib.

Qeyd edək ki, fevralın 26-da şairin İnşaatçılar prospektində olan heykəli ərazidə təmir işləri aparan “Azəravtoyol” ASC tərəfindən sökülüb. Bununla yanaşı, heykəlin ətrafında olan bütün ağaclar da kəsilib.Xatırladaq ki, bu hadisə ictimaiyyət arasında böyük narazılığa səbəb olub və ötən gün prezident İlham Əliyev heykəli dağıdanların cəzalandırılması ilə bağlı göstəriş verib.






Fikirlər