Bakıda məşhur cərrah dəm qazından ÖLDÜ
Rasim Həbibov yaşadığı evdə zəhərlənib. Bakıda tanınmış həkim dəm qazının qurbanı olub. Paytaxtın məşhur klinikalarından birində çalışan tanınmış cərrah-proktoloq Rasim Həbibov dəm qazından zəhərlənib. Mərhumun çalışdığı xəstəxanadan İstiPress-ə verilən məlumata görə, hadisə ötən gün baş verib. 38 yaşlı Rasim Həbibov yaşadığı evdə zəhərlənərək dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. "AzerTaym.az"-ın 1news.az-a istinadla verdiyi məlumata görə, tanınmış cərrah-proktoloqun 3 övladı (oğlan və iki qız) olub.