Jurnalist ANS-i məhkəməyə verir - Pul QALMAQALI
Jurnalist Ülviyyə Alovlu fəaliyyəti dayandırılmış ANS şirkətlər qrupunu məhkəməyə verməyə hazırlaşır.
Bu barədə o, sosial şəbəkələrdə məlumat paylaşıb. Jurnalist ANS rəhbərliyinin ona pul borcu olduğunu deyib: "Bu, ANS və ANS-in bütün cavabdeh şəxslərinə sonuncu xəbərdarlığımdır.
Ha dedim ki, eyibdir, bir az gözləyim, amma görürəm ki, alınmır.
Mənim "Şokolad" verilişində aparıcı kimi bir aylıq fəaliyyətimin nəticəsi olaraq məvacibim yaxın 3 gün ərzində ödənilməsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm.
Ədalət gözləntisində olan ANS-çilər əvvəlcə özlərindən gözlənilən ədaləti bərqərar etsinlər!
İki ildir ki - "sabahlarla" başımı bişirməklərindən təngə gəldim artıq”.