Bakıda vulkan püskürdü – Evlərdə çatlar yarandı + VİDEO
Paytaxtın Binəqədi rayonunda yerləşən Keyrəki palçıq vulkanı püskürüb. AzerTaym.az Xezerxeber.az-a istinadla məlumat verir ki, vulkan 3,5 hektara yaxın əraziyə yayılıb. Xaric olmuş püskürmə məhsullarının qalınlığı mərkəzdə 3 metrə yaxın, kənarlarda isə 20-30 santimetr təşkil edib. Yaxınlıqda yaşayan sakinlərin sozlərinə görə , püskürmə zamanı bəzi evlərdə çatlar əmələ gəlib. Geologiya və Geofizika Institutunun elmi işçisi Orxan Abbasov deyir ki, bu palçıq vulkanı nəinki Azərbaycanda, hətta dünyada ən təhlükəli palçıq vulkanları sırasındadır. Elmi işçinin sözlərinə görə, palçıq vulkanları ilə tikinti obyektləri arasında ən azı 2 km-dən artıq məsafə olmalıdır. Ancaq həmin ərazidə tikilən evlər palçıq vulkanına 2 km-lik məsafədən yaxındır.Vulkanın yenidən püskürmə ehtimalı da var. Orxan Abbasov bildirib ki, palçıq vulkanının riskləri ilə bağlı mütəmadi olaraq aidiyyati qurumlara xəbərdarlıq edilir.