Bakı şəhər Narkoloji Dispanserinin rüşvət almaqda təqsirləndirilən keçmiş baş həkimi Hüseyn Həsənovun və xəstananın tibb qeydiyyatçısı Mətanət Şamçıyevanın məhkəməsi başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən məhkəmə istintaqı açıq elan edilib
Prokuror ittiham aktınım nəticəvi hissəsini elan edib.
İttihama münasibət bildirən tibb qeydiyyatçısı Mətanət Şamçıyeva özünü qismən təqsirli bilib.
Məhkəmə hər iki şəxsə sərbəst ifadə verməyi təklif edib.
Mətanət Şamçiyeva ifadəsində qeyd edib ki, xəstəxanada arayış vermək üçün sakinlərdən pulu yığıb baş həkimə verib: "Hüseyn özü demişdi ki, pulları yığıb mənə ver. Dekabrdan pul toplanmağa başlamışdı, fevralın 1-nə kimi 2800 manat pul yığılmışdı. Pulun nə vaxt verilməsini baş həkim təyin edirdi. Hüseyn təkid elədi ki, pulu yığıb ona verim, mən də qorxdum ki, yığıb verməsəm, məni işdən qovar. Yığılan pullardan cəmi bir dəfə 40-50 manat mənə verib. Hüseyn müəllim, mədəni adam idi, heç kimi də işdən qovmamışdı, 11 ildir, bir yerdə işləyirdik".
İfadəsini davam edən tibb qeydiyyatçısı bildirib ki, arayışa görə standart pul tələb olunmayıb: "Bir manat verən də var idi, qəpik qoyub gedən də var idi, 5 manat verən də".
H.Həsənovun vəkili deyib ki, M.Şamçiyevanın evindən 62 ədəd 5 manatlıqlar aşkar olunub.
M.Şamçiyeva deyib ki, vətəndaşlar pulu jurnalın altına qoyurdu: "Adamın yanında qaldırıb pulun neçə manat olduğuna baxa bilməzdim axı".
Mətanət Şamiyeva istintaqa verdiyi ifadəsində bildirib ki, tibb qeydiyyatçısı işləyib: "Arayış vermək qanunla pulsuzdur, heç vaxt pul tələb etməmişəm. Baş həkimin təlimatı ilə vətəndaşlardan pul yığıb baş ona verirdim. Vətəndaşlar pul vermək istəyirdilər, mən götürmədən əvvəl baş həkimə məlumat verdim. O da pulu toplayıb ona verməyimi tapşırdı ".
Daha sonra məhkəmədə Hüseyn Həsənov ifadə verib. O, özünün təqsirli bilməyib: "Bu qadın yalan danışır. Mən nə ona pul yığmağı tapşırmışam, nə pul yığılmasından xəbərim olub. O, heç vaxt mənə pul verməyib".
İfadəsini davam etdirən baş həkim qeyd edib ki, videogörüntülərdə səslənən pul söhbətinin rüşvətlə heç bir əlaqəsi yoxdur: "Mətanət xanım mənə müraciət edərək özünə mebel almaq üçün pul borc istəmişdi. Mebellə bağlı konkret qərar vermədiyi üçün təxminən 3 min manat istəmişdi, mən də razılıq verdim. Heç vaxt üstümdə o qədər pul gəzdirmirəm.
Həmin gün isə ï k