AzTV sədrinin Şamaxıda müəmmalı biznesi? – FOTOLAR

AzTV sədrinin Şamaxıda müəmmalı biznesi? – FOTOLAR

Onlarca neft çəni rayonun kəndlərinə necə və niyə gətirilib?

Son aylarda Şamaxı rayonunun bir neçə kəndində, AzTV sədri Arif Alışanova məxsus olduğu deyilən torpaq sahələrində köhnə, işlənmiş çənlər peyda olub. Bizimxeber.az-ın elektron ünvanına daxil olan məlumatlarda qeyd olunur ki, həmin çənlər boş sahələrin və daha çox yolların kənarlarına səliqəsiz şəkildə səpələnərək diqqəti cəlb edir. Belə mənzərələrin biri rayonun iri yaşayış məntəqələrindən sayılan Nağaraxana kəndindədir.
AzTV sədrinin Şamaxıda müəmmalı biznesi? – FOTOLAR
Məlumatı göndərən kənd sakinləri bildirir ki, çölün düzünə tökülmüş bu əcaib çənlər ehtimal ki, AzTV sədrinə məxsusdur, çünki o adamın bu ərazilərdə on hektarlarla torpaq sahəsi var və özü də tez-tez buralara gəlib-gedir. Amma sakinlər bu çənlərin niyə, hansı məqsədlərlə bura gətirildiyini və necə istifadə olunacağını izah etməyə çətinlik çəkiblər.
AzTV sədrinin Şamaxıda müəmmalı biznesi? – FOTOLAR
Bəzi mülahizələr var ki, Alışanov buralarda qoz bağı (?!) salacaq.

Məlumatda qeyd olunur ki, bu çənlərin günə verildiyi sahə ölkə rəhbərinin Şamaxıdakı iqamətgahının yerləşdiyi əraziyə çox yaxındır. Hətta, iqamətgahdan bu sahələr əl içi kimi görünür.

Belə anlaşılır ki, A.Alışanov Şamaxının boz çöllərində “xarüqələr” yaratmağı planlaşdırır. Amma sədrin bu çənlərlə nə yaradacağı, biznesin hansı sahəsinə baş vuracağı çox müəmmalıdır…
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Fikirlər