Məcburi köçkünlər yolu bağladı, jurnalist döyüldü, saxlanılanlar var... Hadisə yerindən FOTOLAR - VİDEO

Məcburi köçkünlər yolu bağladı, jurnalist döyüldü, saxlanılanlar var... Hadisə yerindən FOTOLAR - VİDEO

Xətai rayonu, Kazımağa Kərimov küçəsi 15 ünvanında yanan binanın sakinləri Nobel prospektində yolu kəsib. Avtomobillərin hərəkəti tam dayanıb.

Polis məcburi köçkünlərə fiziki zorakılıq göstərib və ərazini boşaltmağı tələb edib.

Bu barədə məlumatı Cebhe.info-nun hadisə yerində olan əməkdaşı xəbər verib. Onun sözlərinə görə, etiraz edən bina sakinləri arasında saxlanılanlar da var. Hazırda əraziyə xeyli polis cəlb olunub.
Hadisədən sonra bina sakinləri gecəni çöldə keçirib. Amma aidiyyəti qurumlardan məsələyə heç bir reaksiya gəlməyib. Sakinlərin etiraz etməsinə səbəb də məhz cavabdeh qurumların məsələyə biganə yanaşmasıdır.
Onu da bildirək ki, hadisə yerində olan Cebhe.info-nun əməkdaşı da polis zorakılığına məruz qalıb. Belə ki, ərazidə olan polis əməkdaşı əlindəki rezin dəyənəklə peşə fəaliyyətini yerinə yetirən jurnalist Elgün Gəncimsoyun çiyin nayihəsinə zərbələr endirib və çəkiliş aparmasına mane olub.
Məcburi köçkünlər yolu bağladı, jurnalist döyüldü, saxlanılanlar var... Hadisə yerindən FOTOLAR...Qeyd edək ki, sentyabrın 12-də Bakıda məcburi köçkünlərin yaşadığı ikimərtəbəli binada yanğın hadisəsi baş verib. Hadisə gecə saat 04:00 radələrində Xətai rayonu, Kazımağa Kərimov küçəsi 15 ünvanında qeydə alınıb. Bina 2 mərtəbəli, 3 blokdan ibarətdir. 25 ildən çoxdur ki, binada 30-dan çox məcburi köçkün ailəsi məskunlaşıb. Yanğın zamanı xəsarət alan olmayıb.






Fikirlər