Xırdalan da üzür - Həyat iflic olub/ FOTO

Bir neçə gündür, yağan intensiv yağışlar Bakı və ətraf rayonlarında həyatı iflic edib.

BakuPost.az xəbər verir ki, paytaxtla yanaşı, Xırdalan şəhərində demək olar ki, hər yeri su basıb, nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb. İnsanlar evdən bayıra çıxa bilmir. Bir çox iaşə obyektləri fəaliyyətini dondurub. Kanalizasiya xətlərinin işləməməsi, vəziyyəti bir qədər də acınacaqlı edib.  
Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara edilən müraciətlərin heç birinə cavab verilmir: "Evdən bayıra çıxa bilmirik. Çox ailələr çörək belə tapa bilmirlər. Yaxınlıqdakı dükanlar da bağlıdır. Çünki sahibləri bura gəlib çıxa bilməyib. Məktəblilər dərsə gedə bilməyiblər. Hər şey bərbad vəziyyətdədir”.
Şəhərin 26-cı məhəlləsindən çəkilmiş bəzi fotoları təqdim edirik:
 






Fikirlər