Sumqayıt-Bakı qatarı PİYADANI VURDU
Sumqayıt-Bakı sürət qatarı piyadanı vurub. “AzerTaym” DİN-ə istinadən xəbər verir ki, dekabrın 23-də saat 20 radələrində Keşlə dəmir yolu stansiyasının ərazisində Sumqayıt-Bakı sürət qatarı ilə Kürdəmir rayon sakini Səbuhi Azayev vurulub. Nəticədə piyada hadisə yerində ölüb. Araşdırma aparılır.