Keçmiş MÜDAFİƏ NAZİRİ Rəhim QAZIYEV SAXLANILIB- Foto

Keçmiş müdafiə naziri Rəhim Qazıyev saxlanılıb

Azərbaycanın keçmiş mudafiyə naziri Rəhim Qaziyev dekabrın 25-də günorta saatlarında Bakıda Nəriman Nərimanov metro stansiyasının qarşısındakı parkda saxlanılaraq Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə aparılıb.

"AzerTaym.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə keçmiş nazirin qardaşı Rahab Qazıyev Amerikanın Səsinə bildirib.

Bu gün Bakı vaxtı ilə saat 20 radələrində 17-ci Polis Bölməsindən mənə zəng edib qardaşımın orada saxlanıldığını bildirdilər. Mənə dedilər ki, narahat olmayım, qardaşım polisdə saxlanılır. İndi 17-ci Polis Bölməsinin qarşısındayam. Növbətçi hissədən qardaşımın burada saxlanıldığını təsdiq etdilər və dekabrın 26-da səhər saat 10-da gəlməyimi məsləhət bildilər”, o qeyd edib.

Rahab Qazıyev qardaşı Rəhim Qazıyevin saxlanılmasının səbəbləri ilə bağlı məlumat verilmədiyini bildirib.

Bununla yanaşı, hüquq-mühafizə orqanları keçmiş nazirin saxlanılması barədə hələ hər hansı məlumat yaymayıb.

Qeyd edək ki, Rəhim Qazıyev 1992-ci ilin martından 1993-cü ilin fevralınadək Azərbaycanın müdafiə naziri olub.

 

 






Fikirlər