Azərbaycanlı 200 PORSUQ KÜRkü ilə TUTULDU - VİDEO
Türkiyədə Atatürk hava limanından ölkəyə qanunsuz keçirilən porsuq kürkləri ələ keçirilib. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, qeyri-qanuni yolla gətirilən xəzlər yoxlama zamanı Ukraynanın Odessa şəhərindən uçuş edən Azərbaycan əsilli Ş.A –nın çantasından çıxıb. Bildirilir ki, onun yükləri arasından 45 min TL (təxmini 20 min manatq) dəyərində olan 200 porsuq kürkü ələ keçirilib. Şübhəli Ş.A saxlanılaraq barəsində müvafiq qərar qəbul edilib.