Jurnalist qəzada HƏLAK OLDU
“Sputnik” radiosunun müxbiri 45 yaşlı Qalim Fasxuddinov Tacikistanda yol nəqliyyat hadisəsi nəticəsində faciəvi şəkildə ölüb. “AzerTaym” APA-ya istinadən xəbər verir ki, jurnalist işıqforun yaşıl işığında piyada keçidi ilə yolu keçərkən yüksək sürətlə hərəkət edən mikroavtobus onu vurub.
Q.Fasxuddinov təcili xəstəxanaya çatdırılıb, lakin həkimlər onu xilas edə bilməyib.
Yüksək peşəkarlığı ilə tanınan jurnalist 1973 ildə anadan olub. Düşənbə Milli Universitetinin tarix fakültəsini bitirib. Uzun müddət radioda çalışıb. İki övladı olub.