İTV-nin keçmiş APARICISI qəfildən ÖLDÜ - FOTO
İTV-nin keçmiş aparıcısı, Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri Kamran İsrafilov dünyasını dəyişib.
Təcili Tibbi Yardımdan BakuPost-a verilən məlumata görə, o, səhər saatlarında keçinib.
Yaxınlarının sözlərinə görə, 39 yaşlı keçmiş aparıcı dünən axşam saatlarından səhhətindən şikayətlənirmiş. O, əsasən başağrılarından şikayət edib. Bu gün səhər saatlarında isə qəfildən huşunu itirib, daha sonra dünyasını dəyişib.
Qeyd edək ki, K. İsrafilov İTV-də uşaq verilişinin aparıcısı olub. O, özünü aktyor kimi də sınayıb və bu yaxınlarda təqdimatı keçirilən Arzu Əliyevanın prodüserliyi ilə çəkilmış "Əbədi ezamiyyət” sənədli filmində Ə.Tobçubaşovun obrazını canlandırıb.