Həlak olanların sayı 25-ə ÇATDI

Həlak olanların sayı 25-ə çatdı

Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda baş verən yanğında ölənlərin sayı 25-ə çatıb.

Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan açıqlamada bildirilir ki, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.
 
Faktla bağlı Baş Prokurorluq tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
 
 

 









Fikirlər