QAXA noxud iriliyində dolu yağıb - FOTO - VİDEO
Bu gün axşam saatlarında Qax rayonuna dolu yağıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, şəhər mərkəzinə yağan dolu qış fəslinə xas olmayan göy gurultusu və şimşək çaxması ilə müşahidə olunub. Sakinlərin sözlərinə görə, dolu təqribən noxud iriliyində olub və 3 dəqiqə yağıb. Təsərrüfata dəyən ziyan barədə məlumat yoxdur.