FƏZAİL Ağamalı ELMAR Məmmədyarovdan istefa TƏLƏB ETDİ

Milli Məclisin bu gün keçirilən xüsusi iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun istefası tələb olunub.

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib ki, xarici işlər naziri Elmar Məmmədyarov prezident İlham Əliyevin hücum diplomatiyasına adekvat ola bilmir.

"Çox təəssüf edirəm ki, prezident İlham Əliyev tərəfindən müəyyən olunan hücum diplomatiyasına Azərbaycanın xarici işlər naziri adekvat addımlar atmır. Onun Azərbaycan qarşısında ən böyük xidməti o olar ki, öz təşəbbüsü ilə istefaya getmiş olsun".

Milli Məclisin sədri Oqtay Əsədov isə Fəzail Ağamalının istefa çağırışına qısa münasibət bildirib: "Xeyir ola, Ana Vətən Partiyası yalnız xarici işlər nazirindən yapışır?".

AzerTaym.az






Fikirlər