BAKIDA ŞADLIQ EVİNİN QARŞISINDA FACİƏ: ÖLƏN və YARALANAN var

Bakıda şadlıq evinin qarşısında FACİƏ: ölən və yaralanan var

Bakıda ağır yol qəzası baş verib.

Ötən gecə Nizami rayonu Babək prospektində (“Arzu” şadlıq evinin qarşısı) “VAZ 2107” markalı, 10 KH 837 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçməyə çalışan 2 nəfəri vurub.Nəticədə, 50 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Xəsarət alan 43 yaşlı kişi isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır. (lent.az)






Fikirlər