RUSİYADA bu SOSİAL ŞƏBƏKƏ BLOKLANDI
“Teleqram”ın vəkilləri Moskvanın Taqansk məhkəməsindən mesengerin Rusiya ərazisində fəaliyyətinin dayandırılmasını “ağlabatan bir müddət üçün” təxirə salınmasını istəyib. AzerTaym.az xəbər veri ki, bu barədə Şirkətin vəkili Pavel Çikov mətbuata açıqlama verib. “Biz məhkəmədən Məcəlləsinin prosessual tələblərin faktiki yerinə yetirilməsini və cavabdeh kimi Telegram şirkətinə bu halda qanunla verilən bütün prosessual hüquqlarının həyata keçirilməsinin təmin edilməsini xahiş edirik” – Çikovun Teleqram-kanalında verilən ərizənin nüsxəsində deyilir. Şirkət təxirə salınma üçün əsas kimi prosesə hazırlıq zamanı “Teleqram” şirkətinin hüquqlarının təmin olunmadığını qeyd edirlər. Vəkillərin sözlərinə görə şirkətə digər tərəfin iddiası ilə tanış olmağa imkan verilməyib. Bununla da şirkət iddiaçıya qarşı öz sübutları ilə çıxış etmək imkanından məhrum olub. Məhkəmə isə öz növbəsində bu iddianı “qanunlardan sui istifadə” adlandırıb və iddianı rədd edib.