SOCAR VİTSE-PREZİDENTİNİN MÜŞAVİRİ NİYƏ İŞDƏN ÇIXARILDI...

2017-ci ilin dekabrında SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədovun müşaviri təyin edilən keçmiş mətbuat katibi Nizaməddin Quliyev vəzifəsindən azad edilib.

Modern.az-a daxil olan məlumata görə, N.Quliyevin işdən azad olmasına səbəb qurumla bağlı kimlərləsə məxfi yazışması olub...

Məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-ın sorğusuna cavab olaraq, N.Quliyevin işdən çıxarılmasını təsdiqləyib:

Nizaməddin Quliyev ərizə yazaraq işdən ayrılıb”.

Xatırladaq ki, ötən il SOCAR-da mətbuatla əlaqələrin qurulması vahid strukturda birləşdirilərək optimallaşdırılıb.

Belə ki, qurumun mətbuat katibi Nizaməddin Quliyev vəzifəsindən azad edilərək, SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədovun müşaviri təyin edilib.

SOCAR-ın yeni yaradılan İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəisi vəzifəsinə Rüfət Zamanov, onun müavini vəzifəsinə isə İbrahim Əhmədov təyinat alıb. 

R.Zamanov buna qədər SOCAR-ın Protokol idarəsinin rəisi vəzifəsində çalışıb.






Fikirlər