BAKIDA turist öldü - TƏFƏRRÜAT
"Formula 1" yarışlarını izləmək üçün Azərbaycana gələn turistin vəfat etdiyinə dair KİV-də məlumatlar yayılıb. Məlumata görə, o, Bakıda qaldığı "Centrum" oteldə vəfat edib. "Centrum" otel nümayəndəsinin Publika.az-a verdiyi məlumata görə, əslən İrlandiya vətəndaşı olan 61 yaşlı Allan Frederik ürəyi ilə bağlı ciddi problemlər yaşayırdı: "Hadisə dünən səhər saatlarında olub. Onun ürəyi ilə bağlı ciddi problemləri vardı. 14 nəfər bir yerdə qalırdılar. Növbədə olan əməkdaşlarımız onu xəstəxanaya aparmaq istəsə də, razılaşmayıb. Bildirib ki, səhhətini daim öz həkimi ilə nəzarətdə saxlayır. Amma axşam saatlarında ayaqları həddən artıq şişmişdir. Vəziyyəti yaxşı olmayıb. Yatıb və səhər durmayıb. O, ürək çatışmazlığından dünyasını dəyişib". Qeyd edək ki, bu haqqda məlumatı "Qafqazinfo" saytı yayıb.