BAKI METROSUNDA QORXULU ANLAR...
Metronun "Elmlər Akademiyası" stansiyasında 25-30 yaşlı gəncin vəziyyəti pisləşib. Hadisə səhər 08:20 radələrində baş verib. Ərazidə olan əməkdaşımızın sözlərinə görə, vəziyyəti pisləşən sərnişinə vətəndaşlar və metropolitenin növbətçi əməkdaşları köməklik göstərib, daha sonra əraziyə həkim çağırılıb. Həkim müdaxiləsindən sonra sərnişinin vəziyyəti stabilləşib. qaynarinfo