Azərbaycanlı rejissorun səhhəti - "Həkimlər 24 saat vaxt QOYUBLAR"
Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin vəziyyəti pisləşib. AzerTaym.az axşam.az-a istinadən bildirir ki, bu haqda rejissorun xanımı Səbinə Zəkizadə açıqlamasında deyib. O bildirib ki, Ş.Zəkizadə hazırda həkim nəzarətindədir: "Allahım, bizə möcüzə ver, Şahinin vəziyyəti pisləşdi, yaxşı deyil. Ötən gün hərarəti 40-ı keçdi. İnfeksiya keçib. Əslində yanına heç kimi buraxmırdılar, necə oldu, bilmirəm. Həkim deyir ki, adi bir toz belə bu səviyyəyə gətirib çıxara bilər. Təzyiqi də düşüb. Qan vurdular, hələ düzəlməyib. Həkimlər 24 saat vaxt qoyublar, ayağa qaldıracaqlar. Əgər bu gün hərarəti düşməsə, reanimasiyaya yerləşdiriləcək. Bu da çox pis haldır. Müalicəsinin üçüncü mərhələsində kimyaterapiya alırdı. İkinci kimyaterapiyaya qədər yaxşı idi. Amma üçüncüdən sonra belə pisləşdi".