NAZİR SƏDR OLDU

Nazirlər Kabineti "Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərarda dəyişiklik edib.

AzerTaym.az xəbər verir ki, dəyişikliyə görə, Təhsil Nazirliyinin kollegiyasının sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri - Bayramov Ceyhun Əziz oğlu, təhsil naziri
Kollegiyanın üzvləri:
Qurbanov Firudin İsa oğlu – Azərbaycan Respublikası təhsil nazirinin müavini
Vəliyeva Məhəbbət Məhərrəm qızı – Azərbaycan Respublikası təhsil nazirinin müavini
Məmmədov Rəhman Əli oğlu – Naxçıvan Muxtar Respublikasının təhsil naziri
Məmmədov Muxtar Məmməd oğlu – Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri
Mustafayev Famil Front oğlu – Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru
Piriyev Yaqub Maksim oğlu – Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini.






Fikirlər