Ermənilərdən Allahverdi Bağırovun büstünə qarşı vəhşilik - FOTO
Bir müddət əvvəl Azərbaycan Milli qəhrəmanı Allahverdi Bağırovun bərpa edilən qəbirdaşı ermənilər tərəfindən yenidən dağıdılıb. AzerTaym.az Axar.az-a istinadən xəbər verir ki, bunu ermənişünas İsmayıl Tanrıverdi Feysbuk səhifəsində yazıb. O bildirib ki, Erməni hərbi operator Arşak Zakaryan 2 gün öncə bunu araşdırdıqda şoka düşüb və ictimaiyyətə bu barədə məlumat verib. Daha sonra Xankəndindən gələn bir qrup erməni qəbir daşını şəhərin mərkəzinə aparıblar və param-parça ediblər. Tanrıverdi ermənilərin daha sonra qəbri bərpa etdirən Razmikin axtarışlarına çıxdığını qeyd edib: “Razmik də açıq-aşkar xalqa müraciət edərək bildirib ki, Düzdür, o abidəni mən dostlarımla birlikdə düzəltmişik. Biz Allahverdi ilə gənclik dostu olmuşuq. Hətta birlikdə futbol komandasında oynamışıq. Lakin müharibə başlayarkən biz məcburən bir-birimizə qarşı barrikadalarda dayanmalı olduq. (Eyni ilə C. Cabbarlının "1905-ci ildə" əsərindəki kimi...) Sonra yenə də görüşüb əsirlərin dəyişdirilməsində və s. iştirak edirdik. Dostlar, qəbir daşının üzərinə yazılmışdı: (Kiril hərfi ilə) АЛАВЕРДИ ТЕЙМУР ОГЛЫ БАГИРОВ 1946 - 1992 произв. гожа Гартал он был настоящим другом от Размика Петросяна и ДРУЗЕЙ”