ABŞ-da 500 nəfər “McDonalds”da zəhərlənib

ABŞ-da 500 nəfər “McDonalds”da zəhərlənib

ABŞ-da “McDonalds” restoranında zəhərlənənlərin sayı 500-ü keçib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, zəhərlənməyə salatın tərkibində aşkarlanan Cyclospora cayetanensis adlanan mikroskopik parazit səbəb olub.

Zəhərlənmə faktı qeydə alındıqdan sonra restoranlar şəbəkəsi rəhbərliyi şübhəli salatı üç min məntəqədən geri çəkib.

Ümumilikdə zəhərlənmə faktı 16 ştatın ərazisində qeydə alınıb. 






Fikirlər