ARİF QASIMOV sakinlərlə növbəti seminar GÖRÜŞÜNÜ KEÇİRTDİ...

Dünən 30 yanvar 2019-cu il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən 109 №-li  tam orta məktəbdə B.Çobanzadə küçəsi 45, 47, 47a, 51 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 3 №-li  sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Səyyar qəbulda sakinlər Rayon İcra Hakimiyyətinin başçısına yaşadıqları binaların pilləkən qəfəsələrinin təmiri, ağacların budanması, küçə işıqlarının bərpa edilməsi, dam örtüyünün təmiri, həyətlərə su xətlərinin çəkilməsi, zirzəmilərin çirkab sulardan təmizlənməsi və digər məsələlərlə bağlı müraciət ediblər.

Qəbulda qaldırılan məsələlər dinlənilərək sakinlərə müvafiq izahatlar verilib, mövcud problemlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

 






Fikirlər