Gənclər Günü Cocuq Mərcanlıda - FOTOLAR

Gənclər Günü Cocuq Mərcanlıda- FOTOLAR

Gənclərin vətənpərvərlik hissinin yüksəldilməsi, onların xalqa və  dövlətə sədaqət ruhunda tərbiyə edilməsi ölkəmizdə həyata keçirilən gənclər siyasətinin əsas məqsədlərindəndir. Prezident İlham Əliyev gənclərə xüsusi qayğı göstərir, onların dövlət idarəçiliyində, mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində uğur qazanması üçün lazımi şərait yaradır. Ölkəmizin təhlükəsizliyinin təmin edilməsində, ərazi bütövlüyünün müdafiəsində də gənclərin mühüm rolu vardır.  

"AzerTaym.az" bildirir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Müdafiə Nazirliyinin dəstəyi ilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində gənc hərbçilərlə keçirilən görüşdə söhbət açılıb.

2 fevral - Gənclər Gününə Əvvəlcə tədbir iştirakçıları 2016-cı ililn aprel ayında Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə şəhid olmuş hərbçilərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Sonra onlar  hərbi hissədə əsgər, gizir və zabitlərlə görüşüb, onların xidmət və yaşayış şəraiti ilə tanış olublar. Zabitlər Niyazi Dadaşov, Qəhrəman Abdullayev, Orxan Nəsirov gənc əsgərlərin hərbi xidmətin tələblərinə layiqincə əməl etdiklərini, vətən qarşısında övladlıq borcunu şərəflə yerinə yetirdiklərini bildiriblər. Qeyd edilib ki, güclü maddi-texniki bazası, silah-sursat təchizatı, yüksək döyüş ruhu olan Azərbaycan Ordusu bütün istiqamətlərdə düşməndən üstündür və hər an Ali Baş Komandanın döyüş əmrini yerinə yetirərək zəfər qazanmağa qadirdir. Aprel döyüşlərindəki qələbəsi ilə ordumuz bunu bütün dünyaya nümayiş etdirib. 

Dövlət Komitəsinin təşkilatçılığı ilə məcburi köçkün ailələri tərəfindən hazırlanmış sovqat və hədiyyələr hərbi hissənin şəxsi heyətinə təqdim olunub. Sovqat qutularında əsgərlər üçün zəruri ləvazimatlar, əldə toxunma corab, Qarabağ şirniyyatı, müharibə qəhrəmanları haqqında kitablar, həmçinin məcburi köçkün uşaqların məktubları vardı. Bundan başqa, hərbi hissəyə üzərinə Lələtəpə yüksəkliyinin alınması zamanı şəhid olmuş hərbçilərin adları həkk olunmuş və onların ailə üzvləri tərəfindən imzalanaraq xüsusi çərçivə içərisində yerləşdirilmiş köynək və hərbi atributlarla bəzədilmiş divar saatı hədiyyə edilib.

Hərbi hissənin komandanlığı Dövlət Komitəsinin təşəbbüsünü və şəxsi heyət üçün gətirilmiş sovqatı yüksək qiymətləndirib, Gənclər Günü ərəfəsində bu görüşün gənc əsgərlərin döyüş ruhunu daha artırdığını bildirib. 

Görüşdə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov, şəhid valideynləri Əşrəf Qəhrəmanov və Ələkbər Hüseynov,  Aprel döyüşlərinin iştirakçısı, veteran hərbçi Elşən Əzimov çıxış ediblər. Sonra əsgər yataqxanasına toplaşan görüş iştirkçıları  tanınmış xanəndə, Əməkdar artist Ehtiram Hüseynovun, gənc  müğənni Cümşüd Kərimlinin və hərbi hissədə xidmət edən istedadlı əsgərin ifalarını dinləyiblər.

Tədbir iştirakçıları belə görüşlərin bir gün Qarabağda, işğaldan azad ediləcək yurd yerlərində keçiriləcəyinə əmin olduqlarını bildiriblər.

Gənclər Günü Cocuq Mərcanlıda- FOTOLAR

Gənclər Günü Cocuq Mərcanlıda- FOTOLAR

Gənclər Günü Cocuq Mərcanlıda- FOTOLAR

Gənclər Günü Cocuq Mərcanlıda- FOTOLAR

 

 

 

  •  

 

  






Fikirlər