İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətov barəsində cinayət işi başlanılıb.
Qaynarinfo-nun xəbərinə görə, onun barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə) və 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.
T.Hümbətov cinayət işinin ibtidai istintaqı başa çatıb, Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtlı hələlik açıqlanmayıb.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova "Report"a açqılamasında bildirib ki, Tofiq Hümbətov ötən həftə vəzifəsindən azad olunması üçün müraciət edib: "Onun ərizsəsinə baxılıb".
Qeyd edək ki, T.Hümbətov 2017-ci ildən İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru vəzifəsində çalışır.