GƏNCƏ hadisələri ilə bağlı daha bir baş redaktorun İŞİ MƏHKƏMƏDƏ...

Gəncə hadisələri ilə bağlı daha bir baş redaktorun işi məhkəmədə

Gəncə hadisələrindən sonra barəsində cinayət işi başlanan Teref.info saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işinin ibtidai istintaqı başa çatıb.

 "AzerTaym.az teleqraf.com-a istinadla xəbər verir ki, Nurəddin İsmayılovun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası fevralın 11-nə təyin edilib.

Nurəddin İsmayılovun barəsində Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ittiham elan edilib.

Nurəddin İsmayılov vəzifə səlahiyyərlərini aşıb, vəzifə vəzifə saxtakarlığı edib, saytında dövlət əleyhinə yönələn açıq çağırışlar edib.

Qeyd edək ki, bundan əvvəl iki saytın da baş redaktorunun işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bunlar Criminalaz.com saytının baş redaktoru Anar Məmmədov və Basta.info saytının baş redaktoru Mustafa Hacıbəylidir.






Fikirlər