“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir
Bakı Şəhər İcra Hakimiyyətinin iclas zalında Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş paytaxt məktəbliləri arasında keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinin yekunlarına həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Qurumun mətbuat xidmətindən "AzerTaym.az"-a daxil olan məlumatda bildirilir ki,şagirdlərin özlərinin təşkil və idarə etdiyi konfransda Bakı Şəhər İcra Hakimiyyətinin, Təhsil Nazirliyinin, Bakı şəhəri üzrə təhsil idarəsinin məsul nümayəndələri, paytaxtın bütün rayonlarında keçirilən konfranslarda qalib seçilmiş məktəblilər, onların elmi rəhbərləri, Rayon İcra Hakimiyyətlərinin İctimai-siyasi və humanitar məsələlər şöbələrinin və bir sıra orta məktəblərin rəhbərləri, KİV nümayəndələri iştirak etmişlər. Əvvəlcə iştirakçılar Azərbaycan Respublikasının Dövlət himnini ifa etdilər, sonra Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirildi. Əsas məqsədi orta məktəb şagirdləri arasında tariximizə, mədəniyyətimizə, keçmişimizə və tarixi şəxsiyyətlərimizə, milli-mənəvi dəyərlərimizə diqqət və marağı artırmaq, şagirdlərə elmi araşdırma və tədqiqat aparmaq, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmək bacarığı aşılamaq olan bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqalələri ilə çıxışlar ediblər. Səbail rayonu 6 saylı orta məktəb-liseyin 8-ci sinif şagirdləri Aydan İsayeva və İlham Kərimlinin sədrliyi ilə keçirilən konfransda təşkilat komitəsinə hər bir rayondan təqdim olunan monoqrafiyalar arasında xüsusi olaraq seçilmiş işlərin müəlliflərnə söz verildi. Paytaxt rayonları üzrə qalib çıxmış şagirdlərdən - Pirallahı rayonundan Qorxmaz Məmmədzadə, Qaradağ rayonundan Şəbnəm Feyzili, Suraxanı rayonundan Vəsilə Mahmudova, Səbail rayonundan Zəhraxanım Məmmədova, Nizami rayonundan Ayla Atakişiyeva, Nəsimi rayonundan Səba Ağayeva, Xətai rayonundan Aygün Hüseynova, Binəqədi rayonundan Hasil Qubatov, Sabunçu rayonundan Səma Əliyeva, Xəzər rayonundan Gülşən Yusibzadə, Nərimanov rayonundan Abdulsübhan Nəcəfli, Yasamal rayonundan Yunis Quliyev və başqaları hazırladıqları referatları təqdim etdilər. Konfrans çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Təhsil Nazirliyinin şəbə müdiri Aydın Əhmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev rayonlarda keçirilən tarix konfransları, şagirdlərin hazırladıqları referatlar barədə məlumat verərək bildiriblər ki, ulu öndərin Azərbaycan tarixində qoyduğu iz, onun tariximizin bir çox məqamlarının aşkar olunması, onların dərindən araşdırılaraq öyrənilməsi və geniş ictimaiyyətə çatdırılmasındakı rolu əvəzolunmazdır. Ulu öndər Heydər Əliyev daima tariximizə, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə çox yüksək diqqət yetirmiş, onun inkişafı yolunda yorulmadan fəaliyyət göstərmişdir. İllər keçdikcə Ümummilli liderin böyüklüyü və bitib-tükənməyən irsi daha dərindən dərk olunur, Heydər Əliyev dühasının Azərbaycan tarixində yeri və rolu, xalqı, dövləti qarşısındakı misilsiz xidmətlərinin mahiyyəti açıldıqca daha da zənginləşir. Memarı və qurucusu Ulu öndər Heydər Əliyev olan Müstəqil Azərbaycan Respublikası möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasəti, müdrik rəhbərliyi nəticəsində regionun ən inkişaf etmiş ölkəsinə çevrilmişdir. Konfransında qeyd olunub ki, Bakı şəhər məktəblərində keçirilən tarix konfranslarında Azərbaycan tarixinin müxtəlif dövrlərinə həsr olunan, 1116 nəfər şagirdin hazırladıqları monoqrafiyaların 60-dan çoxu komissiya tərəfindən seçilərək Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunacaq yeni kitaba daxil ediləcəkdir. Bu tədbirin ənənəvi olması qərara alınmışdır.