Vaqif Əsədov: “Yol polisi əməkdaşları “Son zəng” mərasimlərində fəal iştirak edir”

"Bakı məktəblərinin yerləşdiyi ərazilərdə - küçə və prospektlərdə yol polisi gücləndilmiş iş rejimində çalışır. Nəzərdə tutulan tədbirlər yüksək peşəkarlıqla icra olunur. Yol polisi əməkdaşları “Son zəng” mərasimlərində fəal iştirak edir".

Bunu "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

"İştirakçı sayının çoxluğuna görə sıxlıq müşahidə yollarda müvafiq tədbirlər görülür ki, vaxt itkisinə səbəb olacaq hallar baş verməsin, “məzun günü” övladlarımızın həyatında unudlamaz xoş xatirələrlə yadda qalsın.

Bir daha hərəkət iştirakçılarını diqqətli və məsuliyyətə olmağa səsləyirik, tədbirləri məktəb ərazilərində qəbul edilmiş reqlamentə əsasən həyata keçirməyi tövsiyə edirik", - deyə, V.Əsədov əlavə edib.






Fikirlər