Qubanın icra başçısının keçmiş müavini özünü asdı, 5 il əvvəl oğlu da canına qıymışdı...

 Qubada keçmiş məmur özünü asaraq intihar edib.  hadisə Quba şəhəri 5-ci məhəllə ünvanında baş verib.  Belə ki, 1959-cu il təvəllüdlü Canpolad Abbasov özünü yaşadığı evin həyətində asaraq intihar edib.  

Virtualaz.org Qubadakı mənbələrdən dəqiqləşdirib ki, Canpolad Abbasov Quba rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəhbəri işləyib. (Hazırda bu mərkəz DSMF-nin yerli şöbəsi ilə birləşdirilib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsi adlanır,-red.)

Habelə mərhum Quba rayon İcra Hakimiyyətində yüksək vəzifə tutub, 2014-cü ildə qısa  müddət icra başçısının müavini işləyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinin işçilərindən biri virtualaz.org-a bildirib ki, Canpolad Abbasovun canına qıyması onları şoka salıb. “Mərhum çox sakit, təmkinli adam idi. Eşidəndə şoka düşdük. Bir neçə il əvvəl oğlu gənc yaşlarında intihar etmişdi, həmin hadisədən çox sarsılmışdı”,-mənbə deyib.

Canpolad Abbasovun oğlu Elvin Abbasov 2014-cü ildə özünü asaraq intihar edib. Onun intihardan əvvəl məktub yazaraq “həyatdan bezdiyini” bildiribmiş. Məlumatlara görə intihar edərkən 29 yaşında olan Elvin Abbasov Qubada kompüter xidmətləri göstərən ofisində özünü asıb. Onun iki uşağının olduğu, boşandığı deyilirdi...

Xatırladaq ki, bu gün Zaqatala rayon Məşğulluq Mərkəzinin direktoru, 1980-ci il təvəllüdlü Musa Feyzullayev yaşadığı Qax rayonunda, evlərində özünü asıb. Onun asılmış meyitini anası aşkar edib, faciənin səbəbləri məlum deyil.






Fikirlər