Bakıda fantastik qiymətə yemək: 250 qramı 1500 manat - FOTO
Bakıdakı restoranlardan birində təklif olunan yeməklərin qiyməti "dodaq uçuqladır”. BakuPost xəbər verir ki, JW Marriott Hotel Absheron otelində yerləşən "OroNero Bar & Ristorante”nin menyusunda hətta bir porsiyası 1500 manata olan yeməyə də rast gəlinir. Qurmanlara təqdim edilən qara kürü, qaymaq və nehrə yağından ibarət CAVIALE-BAKU OSETRA CAVIAR yeməyini dadmaq istəyənlər nə az, nə çox düz 1520 manatlarından keçməlidirlər. Onu da bildirək ki, 1520 manata bu təamin cəmi 250 qramı verilir. "OroNero Bar & Ristorante” orijinal İtalyan mətbəxi nümunələri, müxtəlif kokteyl və şərab növləri təqdim edir. Restorana yalnız əvvəlcədən rezervasiya etməklə getmək mümkündür.