Əfqan Quliyev daima seçicilərin yanında olacağına söz verdi -FOTOLAR
Xəbər verdiyimiz kimi 68 saylı Cəlilabad kənd seçki dairəsindən deputatlığa namizəd Əfqan Quliyev təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlərini davam etdirir. Deputatlığa namizədin seçki qərargahından "AzerTaym.az"-a verilən məlumatda bildirilir ki, növbəti görüş Şiləvəngə kənd seçiciləri ilə keçirilib.Seçicilərin maraq və rəğbətlə qarşıladığı namizəd Əfqan Bəhlul oğlu Quliyev ölkə rəhbərinin apardığı iqtisadi, sosial islahatlardan danışmaqla bərabər, öz platforması barədə seçicilərə ətraflı məlumat verib. Görüşün sonunda öz istək və təkliflərini səsləndirən seçicilər 9 fevralda keçiriləcək seçkilərdə mütləq şəkildə Əfqan Bəhlul oğlu Quliyevə səs verəcəklərini bildirdilər.