ƏFQAN QULİYEV ilk görüşünü KEÇİRDİ...
68 saylı Cəlilabad kənd seçki dairəsindən deputatlığa namizəd Əfqan Bəhlul oğlu Quliyev ilk görüşünə doğulub boya-başa çatdığı Sarxanlı kəndindən başladı. Əfqan Bəhlul oğlu Quliyev əvvəlcə kənd ağsaqqallarının iştrakı ilə kənd qəbiristanlığını, ona qələm tutmağı, yazı yazmağı öyrədən Həsənov Süleyman və Həsənov Novruz müəllimlərinin qəbrini ziyarətlə başladi.
Sonra deputatlığa namizəd Sarxanlı kəndinin seçiciləri ilə açıq havada ilk görüşünü keçirdi. Deputatlığa namizəd Əfqan Bəhlul oğlu Quliyev Prezident İlham Əliyevin apardığı islahat siyasətindən, dövlət başçısının cəmiyyətə yönəlik mesajlarindan ruhlandığını və seçki prosesinə qoşulduğunu dilə gətirib. Əfqan Quliyev seçiləcəyi təqdirdə görəcəyi işlərlə bağlı geniş məlumat verib. O, seçiləcəyi təqdirdə 68 saylı Cəlilabad kənd seçki dairəsinin seçicilərinin maraqlarını qoruyacağı, onların problemlərinin həllinə həssaslıqla yanaşacağını bildirdi. Seçicilər namizədə onları narahat edənməsələlərlə bağlı ünvanladıqları suallara da onları qaneedən cavablar aldılar.