Azərbaycanda ən çox yoluxma bu rayonlarda olub – SİYAHI

BAKU.WS - Azərbaycanın xəbər saytı

Bakı şəhərində koronavirusa ümumi yoluxma 47 faizdir.

 Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında deyib. Onun sözlərinə görə, Gəncə-Qazax bölgəsində 13,6 faiz, Aran bölgəsində 11,9 faiz, Abşeron rayonunda 11,2 faiz, Lənkəranda 8,6 faiz yoluxma müşahidə edilib.

"Bakı şəhərində yoluxmanın çox olması təmas halları ilə əlaqədardır. Gəncə şəhərində 481, Sumqayıt şəhərində 250, Abşeron rayonunda 209, Masallı rayonunda 47, Goranboy rayonunda 30, İsmayıllıda 32 yoluxma faktı aşkarlanıb".

"AzerTaym.az"

 






Fikirlər